DÜNYA


İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

Ankara, 11 iyul, AZƏRTAC

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Haftanin bölgəsində PKK düşərgələrinə növbəti dəfə ağır zərbə endiriblər.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Nazirliyinin məlumatına görə, “Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində bu dəfə bölgədə 8 PKK terrorçusu məhv edilib. Terrorçuların yerləri pilotsuz uçuş aparatları ilə müəyyən olunub.

Ölkə daxilində keçirilən antiterror əməliyyatları çərçivəsində isə Muş vilayətinin Varto rayonunda PKK-ya məxsus 3 cəbbəxana aşkarlanıb. Çox sayda silah və sursatın ələ keçirildiyi bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.