DÜNYA


İraqın şimalında PKK-nın altı üzvü məhv edilib

Ankara, 1 avqust, AZƏRTAC

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların PKK-nın İraqın şimalındakı Qara bölgəsindəki düşərgələrinə dəqiq zərbələri nəticəsində daha altı terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, əməliyyat Milli Təhlükəsizlik Təşkilatı (MİT) ilə birlikdə keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatında isə qeyd edilib ki, aparılan təbliğat işləri nəticəsində İraqda fəaliyyət göstərən daha 5 terrorçu Şırnak bölgəsində Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.