DÜNYA


İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin terrorçulara cavab hücumu davam edir

İstanbul, 25 may, AZƏRTAC

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatlarının keçirildiyi bölgədə Türkiyə Silahlı Qüvvələrinin terrorçulara cavab hücumu davam edir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Məlumata əsasən, bölgədə yağan güclü yağış, qatı duman və bəzən təsirini artıran qum fırtınasına baxmayaraq TSK tərəfindən əməliyyat gücləndirilib. Hazırda terrorçular mağaralara sıxışdırılıblar. Mağara ətrafında atışmalar davam edir.

Xatırladaq ki, mayın 24-də İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla qarşıdurma nəticəsində Türkiyə ordusunun üç əsgərinin şəhid olması ilə bağlı qardaş ölkənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib. Sonradan şəhid sayının beşə yüksəldiyi bildirilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.