DÜNYA


İraqın şimalında daha on terrorçu məhv edilib

İstanbul, 4 oktyabr, AZƏRTAC 

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Avaşin-Basyan və Zap bölgələrindəki terror düşərgələrinə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, dəqiq hədəflərin vurulması ilə 10 terrorçu zərərsizləşdirilib.

Digər bir məlumatda isə bildirilir ki, sentyabrın 6-da Türkiyənin Mardin bölgəsində terrorçu hədəflərin bombalanması nəticəsində məhv edilən terrorçuların şəxsiyyəti müəyyənləşib. Onlardan biri Mehmet Sait Sürer təhlükəli terrorçu kimi Türkiyənin təhlükəsizlik orqanları tərəfindən axtarışda olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.