DÜNYA


İraqın şimalında keçirilən əməliyyat zamanı indiyədək 26 terrorçu zərərsizləşdirilib

İstanbul, 19 aprel, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilit” şərti adı altında aparılan növbəti antiterror əməliyyatı zamanı zərərsizləşdirilən terrorçu sayı 26-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, planlanmış şəkildə davam edən əməliyyat zamanı indiyədək 13 min 450 ədəd pulemyot, 7890 ədəd AK-47 piyada tüfənginin sursatı, iki əl qumbarası, iki detonator və 23 ədəd piyada əleyhinə mina ələ keçirilib.

Xatırladaq ki, əməliyyatlar İraqın şimalında yerləşən Metina, Zap və Avaşin-Basyan bölgələrində aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.