DÜNYA
İraqın şimalında terrorçularla atışmada iki türk hərbçi şəhid olub
Ankara, 28 iyul, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Hakurk bölgəsində antiterror əməliyyatı keçirən birliklərində xidmət edən hərbçilərlə terrorçular arasında atışma olub.
AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə iki türk hərbçi şəhid olub, biri yaralanıb. Yaralı hərbçi Türkiyə ərazisində xəstəxanaya çatdırılıb.
“Pəncə” antiterror əməliyyatının keçirildiyi rayonda terrorçulara qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]