DÜNYA


İraqın şimalındakı aparılan “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb VİDEO

İstanbul, 14 fevral, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində apardığı “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, bunu əməliyyat mərkəzini ziyarət edərkən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edilib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər isə sağ ələ keçirilib. Bu müddət ərzində PKK-nın hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.

Əməliyyatlar zamanı terrorçulara aid sığınacaq, silah-sursat anbarı, qərargah da daxil olmaqla, ümumilikdə, 50-dən çox hədəf məhv edilib.

Çətin iqlim şəraitində böyük bir ərazini əhatə edən son dərəcə vacib bir əməliyyatın həyata keçirildiyini deyən nazir bununla əməliyyat zonasına girməyə çalışan, bölgə, eləcə də Türkiyə üçün təhlükə mənbəyi olan terrorçuların məhv edildiyini bildirib.

Qeyd edək ki, “Pəncə Qartal-2” antiterror əməliyyatı 2021-ci il fevralın 10-da başlayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.