CƏMİYYƏT


“İrəli” İctimai Birliyi 2023-cü ilin ilk təcrübə proqramını elan edir

“İrəli” İctimai Birliyi 2023-cü ilin ilk təcrübə proqramını elan edir

Bakı, 6 fevral, AZƏRTAC

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2023-cü il üzrə ilk təcrübə proqramını elan edir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramında proqramında iştirak etmək istəyən gənclər ictimaiyyətlə əlaqələr, layihələrlə iş, beynəlxalq əlaqələr, üzvlərlə iş, mərkəzlərlə iş, regionlarla iş, təhsil və təlim, gənclərlə iş, sosial iş istiqamətləri üzrə qeydiyyatdan keçə bilərlər.

Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

Təcrübə proqramına 17-24 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər.

Üç ay davam edəcək təcrübə proqramını uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu fevralın 10-dək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən gənclər https://bit.ly/3wVp4hw linki vasitəsilə keçid edə bilərlər.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.