CƏMİYYƏT


“İrəli” İctimai Birliyi şəhid ailələri ilə görüşləri davam etdirir

Bakı, 27 oktyabr, AZƏRTAC

“İrəli” İctimai Birliyi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Zəfərimizin birinci ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüşləri davam etdirir.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin sədri Şahin Rəhmanlı və üzvləri Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə oktyabr ayı ərzində Sabirabad, Tovuz, Qazax, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala rayonlarında 20-dən çox şəhid ailəsi ilə görüşüb, Vətən müharibəsində canlarından keçən qəhrəman igidlərimizin məzarlarını ziyarət ediblər.

Görüşlərdə qəhrəman şəhidlərimizin xatirəsi anılıb, onların döyüş yollarından söz açılıb, igid oğullarımızın fədakarlığının gələcək nəsillərə örnək olduğu bildirilib. Həmçinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, bu işdə Azərbaycan gənclərinin üzərinə düşən vəzifələrdən söz açılıb.

“İrəli” İctimai Birliyi qəhrəman şəhidlərimizin ailələri ilə görüşləri davam etdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.