CƏMİYYƏT


“İrəli” İctimai Birliyinin gənc fəalları Trabzonda mübadilə proqramında iştirak edirlər

Bakı, 28 yanvar, AZƏRTAC

“İrəli” İctimai Birliyinin gəncləri Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edirlər.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “İrəli” gənclərin sosial sahədə fəallığının, beynəlxalq layihələrdə iştirakla bağlı təcrübələrinin artırılması, onların beynəlxalq proqramlar, layihələr haqqında daha geniş məlumatlandırılması məqsədilə beynəlxalq qurumlarla əməkdaşlığı uğurla davam etdirir. Birliyin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində “İrəli”nin üzvü olan gənclər davamlı qaydada Trabzonda təşkil olunan mübadilə proqramında iştirak edirlər.

Layihənin mövzusu müasirləşən dünyada qədim incəsənət və mədəniyyət nümunələrinin qoruyub saxlanılmasına dəstək olmaq, xalq tətbiqi sənətinin müxtəlif növləri xalçaçılıq, dulusçuluq, zərgərlik və s. ənənələrin davam etdirilməsi və təbliğ olunmasıdır. Layihə çərçivəsində görüşlər, seminarlar, diskussiyalar və ekskursiyalar təşkil olunub.

“İrəli” İctimai Birliyinin gənc fəalları Azərbaycanın mədəniyyət gecəsi çərçivəsində rəqslərimizi, milli mətbəximizin və mədəniyyətimizin nümunələrini layihə iştirakçılarına təqdim ediblər.

Mübadilə proqramına Azərbaycan və Türkiyə ilə yanaşı, Gürcüstan, Ermənistan və Portuqaliyadan ümumilikdə 50-dən çox gənc qatılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.