CƏMİYYƏT


“İrəli” İctimai Birliyinin nəzdində işçi qruplar yaradılır

Bakı, 25 iyun, AZƏRTAC

“İrəli” İctimai Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə tədbirlərin davamı kimi, mövcud pandemiya şəraitində fərqli istiqamətlər üzrə gənclərin maariflənməsi, gənclər təşkilatları və gənclər mərkəzlərinin fəaliyyətlərinin daha yaxşı təşkili üçün müəyyən resursların formalaşması məqsədilə “İrəli”nin nəzdində işçi qruplar yaradılır. Bu qruplar gənclərlə iş sahəsində qarşıya çıxan problemlərin daha səmərəli həlli üçün araşdırmalar aparacaq, ekspert qrupu tərəfindən seçilmiş kitabların tərcüməsi, rəqəmsal alətlərdən istifadə bələdçisinin hazırlanması, gənclər üçün faydalı bloqların yaradılması, həmçinin sosial sorğuların keçirilməsi və digər istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.

Hər bir işçi qrup fərqli fəaliyyət istiqamətlərinə malik olacaq. “Smart” qrupu təşkilatın nəzdində kitabların tərcüməsi, “Dizayn” qrupu vasitəsilə tərcümə olunmuş kitabların və elektron materialların dizayn işi həyata keçiriləcək. Bununla yanaşı, gənclər üçün faydalı bloqların yaradılması sahəsində “Bloq” qrupunun, gənclərlə iş sahəsində yaranan problemlərin effektiv həlli üçün araşdırmaların aparılması məqsədilə “Araşdırma” qrupunun fəaliyyətə başlaması nəzərdə tutulur.

Qruplarda fəaliyyət göstərmək istəyən gənclər müraciət etdiyi sahə üzrə bilikli, komanda ilə işləmək, araşdırma bacarığına sahib, məsuliyyətli və təşəbbüskar, həmçinin müvafiq xarici dil biliklərinə malik olmalıdırlar. Layihədə iştirak üçün http://ireli.az/working-groups-vol2/ linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.