MƏDƏNİYYƏT


İrəvan Teatrı “Xocalıya ədalət” kompozisiyasını təqdim edəcək

Bakı, 25 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə olaraq Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 26-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində “Xocalıya ədalət” kompozisiyasını təqdim edəcək.

AZƏRTAC-a bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirib ki, kompozisiyanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rollarda Əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səmayə İsmayılova, Niyaməddin Səfərəliyev, Müdvər Nemətova, Anar Buludov, Arzuman Tanrıverdi, Sevinc Hüseynova, Sevinc Bəxtiyar, Xədicə Məmmədova, Pərvin Dadaşova, Zəki Fətəliyev, Fərid Vəliyev, Samir Əliyev və Səbinə İmanverdiyeva çıxış edəcəklər.

“Mistik ritual” formasında hazırlanan “Xocalı kompozisiyası” erməni vəhşiliyi, erməni vandalizmindən bəhs edir. Biz bu qanlı tarixi unutmamalı, gələcək nəsillərə də ötürməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.