CƏMİYYƏT


İrəvan öz məğlubiyyətini qəbul etməlidir

Bakı, 9 iyun, AZƏRTAC

Son vaxtlar Ermənistan ordusunun Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirməyə cəhd etməsi müşahidə olunur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ruhuna və şərtlərinə zidd olan, regionda yeni gərginlik və qarşıdurmanın yaradılmasına xidmət edən bu təxribatların qarşısı Azərbaycan tərəfindən çevik şəkildə alınır və ifşa edilir. Ermənistan anlamalıdır ki, cəmi 44 gün ərzində Ermənistanın hərbi potensialının 80 faizini məhv edən, faktiki olaraq onu ordudan məhrum edən Azərbaycanın bu təxribatlar qarşısında sonsuza qədər səbr göstərməsi mümkün deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev bildirib.

O qeyd edib ki, bu təxribatlar Ermənistanın özü üçün faciəvi nəticələrə səbəb ola bilər: “Ölkə başçısının da qeyd etdiyi kimi, “dəmir yumruq” yerindədir və Ermənistan yenidən xam xəyallara qapılarsa, o zaman bu yumruğun ölümcül, dağıdıcı zərbəsi ilə üz-üzə qalacaq. Çünki Azərbaycan üçün ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı ən başlıca amildir və dövlətimiz bu məsələdə heç bir güzəştə getməyəcəyini dəfələrlə bəyan edib”.

S.Əliyev vurğulayıb ki, müharibənin başa çatmasından aylar sonra da Qarabağdan maşınlarla işğalçı əsgərlərinin cəsədini daşıyan Ermənistan Bakıdakı Hərbi Qənimətlər Parkına nəzər salmalı və anlamalıdır ki, onun təxribatlardan əl çəkməməsi Bakıda ikinci Hərbi Qənimətlər Parkının yaradılması ilə nəticələ bilər. 44 günlük Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan Ordusunun gücü ölkəmizdəki hərbi muzeylərin say və eksponat çeşidini açıq səma altında yeni muzeylər yaratmaqla zənginləşdirməyə imkan verir. Bu isə o deməkdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz vətəndaşlarının həyatı bahasına Azərbaycanın hərbi muzeylər şəbəkəsini zənginləşdirmək istəmirsə, təxribatlara dərhal son qoymalı, öz məğlubiyyətini qəbul etməli, bu məğlubiyyətin acı və eyni zamanda, ədalətli nəticələrinə qatlaşmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.