MƏDƏNİYYƏT


“İrəvan xalçaları” rus və ingilis dillərində nəşr olunub

Bakı, 11 noyabr, AZƏRTAC

Bu günlərdə “Azər-İlmə”nin “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı layihəsi çərçivəsində nəfis tərtibatlı “İrəvan xalçaları” broşürü rus və ingilis dillərində nəşr olunub.

Layihənin rəhbəri, Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradov AZƏRTAC-a bildirib ki, “Azər-İlmə”də Azərbaycan xalçalarının bütün qrupları üzrə tarixi-etnoqrafik, sənətşünaslıq tədqiqatları uğurla davam etdirilir. İndiyədək tədqiqatların nəticələri kitablar, bröşürlər, televiziya verilişləri, sənədli filmlər, jurnallar vasitəsilə ictimaiyyətə çatdırılıb. “İrəvan xalçaları” oxucuları Qərbi Azərbaycan bölgəsinin tarixi, əhalisinin məşğuliyyəti, təsərrüfat sahələri, həmçinin, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin əsas sənət sahələrindən biri olan xalçaçılığın ənənələri, burada toxunan xalçaların sənətkarlıq xüsusiyyətləri, onların digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətləri ilə tanış edir. Broşürə Qərbi Azərbaycan tarixinə dair müxtəsər məlumat, xəritələr, eyni zamanda XVIII əsrin II yarısı - XX əsrin I yarısına aid müxtəlif kompozisiyalı xovlu, kilim, zili kimi xovsuz xalçalar, xurcun, məfrəş, duzqabı, yəhərüstü kimi məişət əşyalarının fotoşəkilləri də əlavə olunub. Broşürün ingilis dilində olan variantı Nyu-Yorkun “Hudson Publishing” nəşriyyat evində çap olunub.

Azərbaycan həqiqətlərinin dünyada təbliği işinə böyük töhfə olan

bröşürün xarici ölkə səfirliklərinə, dünya kitabxanalarına, universitetlərinə, muzeylərinə, nüfuzlu elmi tədqiqat mərkəzlərinə paylanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.