Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“İrəvan xanlığının bölgə mətbəxi” kitabı İstanbulda nəşr olunub

Bakı, 29 may, AZƏRTAC

“İrəvan xanlığının bölgə mətbəxi” kitabı İstanbulda TEAS Press nəşriyyatı tərəfindən çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a layihəni rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli məlumat verib. O deyib: “Azərbaycan torpaqlarına və mədəni irsimizə zaman-zaman göz dikən ermənilər, çox vaxt mətbəx və yeməklərimizi də özününküləşdirməyə çalışırlar. Buna görə Azərbaycan gerçəkliklərini beynəlxalq aləmdə yaymaq, erməni yalanlarını ifşa etmək və onların gerçək simasını açıb göstərmək hər bir Azərbaycan vətəndaşının ümdə borcu olmalıdır.

Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) ölkəmizin apardığı bu haqlı mübarizənin ön sıralarında olaraq, mətbəxlə bağlı beynəlxalq tədbirlərdə erməni saxtakarlıqlarını ifşa etməklə yanaşı, Azərbaycan mətbəxinin dünyada tanınmasında çox mühüm işlər həyata keçirir. T.Əmiraslanovun rəhbərlik etdiyi AMKM-in ərsəyə gətirdiyi “İrəvan xanlığının bölgə mətbəxi” kitabı bu kollektivin imza atdığı uğurların məntiqi davamıdır.

Çoxillik tədqiqatların məhsulu olan “İrəvan xanlığının bölgə mətbəxi” kitabı istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib. Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Erməni iddialarının əsassızlığını sübuta yetirən, tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanan bu monoqrafiya Azərbaycanın qədim tarixə malik İrəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir.

Kitabda hazırda “Ermənistan” adlanan tarixi Azərbaycan torpaqlarının, oranın əzəli sakinləri olmuş soydaşlarımızın mətbəx mədəniyyətinə ermənilərin zaman-zaman göz dikməsi, azərbaycanlıların yemək- içmək və qida məhsulları adlarının “erməniləşdirilməsi” prosesi və onların dünyada “erməni mətbəxi”nin məhsulu kimi təqdim edilməsi konkret faktlarla ifşa edilərək, oxucuların diqqətinə çatdırılır.

Tədqiqat işlərindən aydın olur ki, hələ 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası “erməni yeməklərini bərpa etmək” məqsədilə Göyçə və Zəngəzur mahallarında Azərbaycan türklərinin yaşadıqları kənd və qəsəbələrdən toplanılan materiallar əsasında ərzaq məhsulları və yemək növlərinin adlarını, onların hazırlanma qaydalarını saxtalaşdıraraq “Ermənistan mətbəxi” adlı kitab nəşr etdirib.

Lakin “İrəvan xanlığının bölgə mətbəxi” kitabını vərəqlədikcə məlum olur ki, ermənilərin milli mətbəximizə aid olan, tarixən İrəvan xanlığının, eləcə də hazırda “Ermənistan” adlanan tarixi Azərbaycan torpaqları əhalisinin qida rasionunda yer tutan yemək və içkilərin bütünlüklə özününküləşdirməyə və “erməni yeməkləri” kimi tanıtmağa çalışmalarına rəğmən orada yer alan yeməklərin əksəriyyətinin, ərzaq məhsullarının, meyvə-tərəvəzin, ədvaların, demək olar ki, hamısının adları yenə də Azərbaycan türkcəsindədir (afşıla-ovşala, gögüplov, odplov, dolma, qovurma, bozartma, kətə, lavaş, dadlı ala, mastaba şorbası, müəmmərplov və s.).

Ermənilər bizim mətbəx terminologiyasında olan yemək-içmək adlarına bəzi hərf dəyişikləri etməklə özlərinə saxta “mətbəx mədəniyyəti” yaratmaq iddiasını gerçəkləşdirmək istəyiblər. Artıq beynəlxalq ictimaiyyət bu yalanların aradan qaldırılmasının şahidi olur. Bir neçə il öncə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin lavaşla bağlı erməniləri məyus edən qərar verməsi, lavaşın türk xalqlarının çörəyi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salması dediklərimizə əyani sübutdur.

“İrəvan xanlığının bölgə mətbəxi” kitabının dəyərlərindən biri də burada İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin - Sərdar Sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlərin yer almasıdır. Bu sənədlər sırasında bibim oğlu Adil Məmmədovun ulu babası, İrəvan quberniyasının seyxülislamı olmuş axund Şeyx Məhəmmədbağır Qazızadənin Gürcüstan dövlət arxivində saxlanan və 1874–1910-cu illəri əks etdirən şəxsi qovluğundan əldə edilmiş İrəvan Ruhani məclisinin sədri və Quberniya qazisi təyin oluması haqqında İrəvan qubernatorunun sərəncamları da var. Şeyx Məhəmmədbağır Qazızadə böyük maarifpərvər olmuş, öz evində rus-tatar məktəbini açmış və pedaqoji fəaliyyətinə görə 1898-ci ildə 3-cu dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Gürcüstan Milli Muzeyinin, gürcü alimlərinin təqdim etdiyi tarixi sənədlər, rus şərqşünas-fotoqraf D.İ.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər, çar II Nikolayın İrəvan qalasının bərpa edilməsi haqqında arxiv sənədləri İrəvan xanlığının Azərbaycanın qədim əraziləri olduğunu göstərən danılmaz faktlardır.

Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək və içki adları və onların hazırlanması qaydaları verilir ki, bu da Qərbi Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı ərazisindəki mətbəx və süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaradır. Ən başlıcası isə kitab hər kəsi ruhən bu gün əsirlikdə olan Vətən torpağına aparır, o torpaqların gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salır.

Ümidvarıq ki, bu qiymətli əsər, həmçinin Azərbaycanımızın maddi mədəniyyət tarixini zənginləşdirən növbəti səhifə olmaqla hər bir oxucunun stolüstü kitabına çevriləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb