DÜNYA


İrəvanda partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb

Bakı, 16 avqust, AZƏRTAC

İrəvandakı “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayışda həlak olanların sayı 16 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda, həmçinin bildirilir ki, daha 18 nəfər itkin düşmüş hesab olunur. Ölənlər arasında hamilə qadın və azyaşlı uşaq aşkarlanıb. İtkin düşənlərin axtarışı davam etdirilir.

Son məlumata görə, topdansatış üzrə ixtisaslaşmış “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış və yanğın nəticəsində 61 nəfər xəsarət alıb. Ermənistan prokurorluğunun xüsusilə ağır cinayətlər üzrə istintaq idarəsi partlayışla bağlı cinayət işi açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.