DÜNYA


İrəvanda polis etiraz aksiyalarının iştirakçılarını saxlamağa başlayıb VİDEO

Bakı, 30 may, AZƏRTAC

Ermənistan polisləri və xüsusi təyinatlı bölmələr İrəvanda hökumət evi önündə etiraz aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.

AZƏRTAC Ermənistan portallarına istinadla xəbər verir ki, səhər saatlarında hökumət evinə girməyə cəhd göstərən nümayişçilər oradan aralanaraq şəhərdə yürüş ediblər. Lakin bir qədər dövrə vuraraq yenidən geri qayıdıblar. Bundan sonra hökumət evinin yaxınlığında xüsusi təyinatlılar və polislə toqquşma baş verib. Güc strukturları ictimai qaydanı pozanları saxlamağa başlayıblar.

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları bir aydan çoxdur davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.