DÜNYA


İrəvandakı partlayışda zərər çəkənlərin yaxınları xilasetmə işlərindən narazıdırlar

Bakı, 15 avqust, AZƏRTAC

Avqust ayının 14-də Ermənistan paytaxtındakı “Surmalu” ticarət mərkəzindəki partlayışdan 24 saat keçsə də, xilasetmə işlərinin tempi zərərçəkmişlərin hadisə yerinə yığılan yaxınlarını qane etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə “NEWS AM” kanalının yaydığı reportajda zərərçəkmişlərin yaxınları bildiriblər.

Partlayış zamanı uçqun altında qalan bacılarından biri ağır yaralansa da, digər bacısı itkin düşmüşlərin siyahısında olan Vanik Karapetyan partlayışdan dərhal sonra hadisə yerinə gəldiyini bildirərək deyib: “Bacım dağıntılar altındadır və biz aparılan xilasetmə işlərindən narazıyıq. Gecə burada ancaq zərərçəkmişlərin yaxınları, az sayda xilasedici və bir traktordan savayı heç kim olmayıb”.

Vanik xilasetmə işləri ilə məşğul olan hakimiyyət orqanlarının məsələyə ciddi yanaşmadıqlarından gileylənir. “Gecə burada olduğumuz müddətdə həmin qurumlardan olan məsul şəxslərin heç nə olmamış kimi deyib-gülmələrinin şahidi oldum. Gecəyə yaxın nazir müavini gəldi, guya işlərin gedişi ilə maraqlandı və dərhal ərazini tərk etdi”, - deyə o qeyd edib.

Xatırladaq ki, rəsmi məlumata görə, partlayış və yanğın yerində 6 meyit tapılıb, 10 nəfər dağıntılar altından çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.