Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İrəvanın Təpəbaşı məhəlləsi Ümumdünya irsi kimi qorunmalıdır

Ağsu, 9 avqust, Adil Ağayev, AZƏRTAC

Məlumdur ki, ermənilər Azərbaycanın qədim yaşayış məntəqəsi olan İrəvanda maddi-mədəni abidələrimizi məhv edərək, şəhəri özününküləşdirməyə çalışırlar. Lakin onlar unudurlar ki, tarix tarixi həqiqətləri gizlətməyə cəhd edənlərə güzəştə getmir.

Strateji Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən “Bir zamanlar İrəvanda” layihəsi də bu baxımdan diqqətəlayiqdir. Layihə çərçivəsində tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı, etnoqrafiyası, əhalisi, iqtisadiyyatı, coğrafiyası, habelə bölgənin antik dövrdən yeni dövrə qədər keçdiyi tarixi inkişaf yolu barədə həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaq istiqamətində işlər görülür.

“İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə araşdırmanın aparılması və nəticələrinin aradan qaldırılması istiqamətində təkliflərin hazırlanması təqdir edilməlidir.

AZƏRTAC-ın bölgə müxbirinin “Bir zamanlar İrəvanda” layihəsi barədə sualını cavablandıran “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyib: “Bir tarixçi, bir mədəni irs mütəxəssisi kimi əminliklə bildirirəm ki, Qafqaz əzəldən türk yurdudur. Qafqazın müsəlman və qeyri-müsəlman mədəniyyətinin formalaşmasının, şəkillənməsinin əsas sərmayəçisi və ilhamvericisi elə oğuz və qıpçaq türkləridir. Türklərin dinamizmi, hərəkətliliyi, varlılığı, dövlətliliyi onların Qafqazın hər yerində olmasına imkan yaradıb. Bu mənada müasir Ermənistanın ərazisi müsəlman və qeyri-müsəlman türklərin qədim yurdlarındandır və orada bu tezisin dərin tarixi qatları, dəlilləri var. Doğrudur, bu tezisin anlaşılması üçün yerüstü və sənədlərlə bağlı araşdırmalar tədqiqatçılarda müəyyən fikirlər yaradır. Lakin unudulmamalıdır ki, bugünədək Qafqazın oğuz və qıpçaq türk identikliyinin, özünəməxsusluğunun akademik səviyyədə araşdırılmaması həqiqətin doğru anlaşılmasına imkan verməyib”.

F. Xəlilli deyib: “Bu bir həqiqətdir ki, türklər ekzoqamlığa, kənar nikahlılığa üstünlük verdikləri üçün dünyanın hər yerində Rusiyada, Çində, Hindistanda, Misirdə, Avropada olduğu kimi qriqoryan qıpçaqlar və xristian uyğurların nümunəsində dil və din dəyişdirməyə loyal yanaşmış, meyilli olmuşlar. Məhz bu mənada türk maddi və mənəvi mədəni irsi dünyada geniş çevrələrə yayılmışdır. Türklərin qısa müddətdə konfederasiyalar qurmaq bacarığı onları dövlətçilik ənənələrini müsəlman və qeyri-müsəlman çevrələrə daşımağa da imkan vermişdir. Odur ki, Ümumdünya irsi adına Qafqazın türk identikliyi, onun yerüstü və yeraltı izləri dərindən araşdırılmalıdır. Azərbaycan Respublikası Qafqazın əsas aparıcı dövlətinə çevrilməklə digər dövlətlərə qəbul etsələr də, etməsələr də müsbət mənada sərmayə və ilham mənbəyi olmuşdur. Bilinməlidir ki, türklər heç vaxt həqiqətin öz adı ilə çağırılmasından çəkinməmişlər, əksinə onu təşviq etmişlər.

UNESCO da daxil olmaqla ICOMOS, ICOM, WMF, EAA və sair kimi dünya irs qeyri-hökumət təşkilatları sülh naminə Qafqazın, xüsusilə onun son iki min ilinin tarixi həqiqətlərinin anlaşılması üçün akademik fəaliyyətləri dəstəkləməli, irsin sənədləşdirilməsi və qorunmasını təşviq etməlidir. Bu fəaliyyətlər gərək arxeoloji, antropoloji, etnoqrafik, epiqrafik, numizmatik, paleoqrafik baxımdan daha həssas və dəqiq şəkildə həyata keçirilməli, sənədləşdirilməlidir. İrəvan şəhəri haqqında sənədlər və mənbələr əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mənbəşünaslıq və tarixşünaslıq əsasında hazırlanan kitablar və onların müxtəlif dillərdə tərcüməsi bu işin bazasını təşkil etmişdir. Bununla yanaşı, görülmüş işin sona çatdırılması maddi irs dəlillərinin "in situ" əldə edilməsi, toplanması, təhlil edilməsi, təklif-tövsiyələrin hazırlanması və akademik nəşrlərin ortaya çıxması ilə mümkün olacaqdır.

İrəvan şəhəri Qafqazın ən önəmli paytaxt şəhərlərindən biri olmaqla əsası Azərbaycan türkləri tərəfindən qoyulmuşdur. İrəvan şəhəri öz maddi və mənəvi mədəni irsi ilə həm də ümumdünya mirasıdır. Topqapı sarayının bir guşəsi məhz İrəvan köşkü adlanır. Qacar elementinə əsasən İrəvan şəhərinin mədəni irsinin ermənilər tərəfindən saxtalaşdırılması, farslaşdırılması cəhdləri yolverilməzdir və beynəlxalq cinayət təşəbbüsüdür. Məlumdur ki, qacarlar Azərbaycan türk obaları konfederasiyasının başında dayanan əsas obalardan biri olmuşdur. Hələ Fəzlullah Rəşidəddin “Cəmi ət-Təvarix” əsərində Qacar Axtaçının adını çəkməklə onun obasının formalaşması və Qafqazda idarəçiliyi haqqında məlumat vermişdir.

Artıq bu tədqiqatdan da göründüyü kimi İrəvan şəhərində bütün Azərbaycan yerüstü və yeraltı mədəni irs abidələri mütəxəssislər tərəfindən bilinir və lokalizə olunmaq imkanına malikdir. İrəvan şəhərinə və onun mədəni irsinə beynəlxalq konvensiyalar çərçivəsində yanaşılmalı, beynəlxalq təşkilatların faktaraşdırıcı missiyası bu irsin hazırkı vəziyyətinin monitorinqini həyata keçirməlidir.

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi özünün çoxsaylı peşəkar və akademik imkanları olan üzvləri ilə birlikdə İrəvan şəhərində monitorinq, araşdırma, qoruma və təbliğ məsələsində alternativ imkanlar təmin edə bilər. Dünya Abidələr Fondu hər iki ildən bir dünyanın təhlükə altında olan mədəni irs abidələrini müəyyənləşdirir. Əslində Təpəbaşı yaşayış massivinin təhlükə altında olması nəinki Azərbaycanın, eləcə də ümumdünya məsələsidir. Təklif edirik ki, elə indidən 2024-cü il nominasiyasına hazırlıq işləri görülsün və qədim Təpəbaşı məhəlləsi Azərbaycan və beynəlxalq QHT-lərlə birlikdə həmin nominasiyaya təqdim edilsin. Bu prosesə beynəlxalq tərəfdaşlarımızı da cəlb edə bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb