REGİONLAR


İribuynuzlu mal-qaranın sayı 2,5 min baş artıb

Bakı, 20 aprel, AZƏRTAC

Cari il aprelin 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 660,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 286,9 min baş inək və camış, 8 milyon 279,2 min baş qoyun və keçi mövcud olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il aprelin 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 2,5 min baş (0,1 faiz) artıb, qoyun və keçilərin sayı isə 106,8 min baş (1,3 faiz) azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.