DÜNYA


İrina Vereşçuk: “Azovstal”dan təxliyə üçün xüsusi əməliyyat bir neçə mərhələdən ibarət olacaq

Kiyev, 12 aprel, AZƏRTAC

Rusiya Federasiyası Mariupoldakı “Azovstal”dan hərbçilərin çıxarılması proseduruna razı olmayıb. Onlar yalnız təslim olmağı təklif edirlər. Ona görə də yaralıların azad edilməsi üçün xüsusi əməliyyat bir neçə mərhələdən keçəcək.

AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında Ukraynanın Baş nazirinin müavini İrina Vereşçuk deyib.

"Danışıqlar davam edir. Rusiya Federasiyası çıxarılma proseduruna razı olmadı. Onlar yalnız təslim olmağı təklif edirlər. Bildiyiniz kimi, bizim uşaqlar silahı yerə qoymağa razı deyillər. Bu gün yalnız bir yol var - addım-addım getmək. Xüsusi əməliyyat bir neçə mərhələdən ibarət olacaq. Birinci mərhələ ağır yaralıların təxliyəsidir”, - deyə Vereşçuk bildirib.

O, həmçinin xatırladıb ki, döyüşçülərin azad edilməsi ilə bağlı əvvəllər davam edən danışıqlar dayandırılıb.

"Biz danışıqların yeni raunduna başladıq. Əvvəlkilər uğursuzluqla başa çatıb. Burada Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Milli Polisin, Ukrayna Təhlükəsizlik Xidmətinin, Sərhəd Mühafizə Xidmətinin yüzlərlə əsgər və zabiti var”, - deyə İrina Vereşçuk əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.