CƏMİYYƏT


İrina Vlax: Azərbaycan Moldovanın Qaqauziya bölgəsinin sosial infrastrukturunun inkişafına böyük töhfə verir

Kişineu, 3 dekabr, AZƏRTAC

Azərbaycan Moldovanın Qaqauziya bölgəsinin sosial infrastrukturunun inkişafına böyük töhfə verir və bölgə ilə iqtisadi sahədə davamlı əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bunu Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlax Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşündə deyib.

Görüşdə iqtisadi və sosial məsələlər müzakirə edilib. Qaqauziya ilə Azərbaycanın bölgələrindən biri arasında ticarət-iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanması perspektivlərini müzakirə etdilər.

Heydər Əliyev Fondunun fəaliyyətini yüksək dəyərləndirən İrina Vlax bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bu tədbirlər davam etdirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.