İDMAN


İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal uğrunda mübarizə aparacaq

İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 19 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycanın daha bir karateçisi finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Zaretska bütün rəqiblərinə qalib gələrək adını finala yazdırıb. Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi 68 kg), eləcə də kataçımız Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Tural Ağalarzadə (67 kq) də final görüşünə vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan komandası yarışda, ümumilikdə 9 idmançı ilə təmsil olunur.

Fevralın 20-dək davam edəcək nüfuzlu turnirdə 55 ölkədən 342 karateçi iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.