CƏMİYYƏT


İrkutsk vilayətində meşəyə getmək tamamilə qadağan edilib

Bakı, 8 may, AZƏRTAC

Rusiya Federasiyasının İrkutsk vilayətində meşə yanğınlarının kütləvi şəkildə yayılması səbəbindən meşəyə getmək tamamilə qadağan edilib. Meşəyə nəqliyyat vasitələri ilə getməyə də icazə verilmir.

AZƏRTAC İRK.ru saytına istinadla xəbər verir ki, İrkutsk vilayəti Meşə Təsərrüfatı Nazirliyi üzrə müvafiq əmrin qüvvədə olduğu müddətdə yollar bağlanacaq, nəzarət-buraxılış məntəqələri təşkil ediləcək.

Mayın 9-dan 14-dək qüvvədə olacaq əmrə əsasən, 18 meşə təsərrüfatı idarəsinin ərazisində yanğın təhlükəli işlərin bütün növləri məhdudlaşdırılıb.

Məhdudlaşdırma tədbirləri dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinə, meşələrin qorunması, müdafiəsi və yeniləşdirilməsi üzrə işlər aparan ixtisaslaşdırılmış müəssisələrin əməkdaşlarına və meşə sahələrindən istifadə edən şəxslərə şamil olunmur.

“İrkutsk Hidrometeorologiya və ətraf mühitin monitorinqi idarəsi” Federal Dövlət Büdcə İdarəsinin proqnozlarına görə, yaxın iki gün ərzində vilayətin cənub, qərb və mərkəz rayonlarındakı meşələrdə 4-cü və 5-ci dərəcəli yanğın təhlükəsi gözlənilir. Bəzi yaşayış məntəqələrinin əhalisi təxliyə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.