ELM VƏ TƏHSİL


İrpendə orta məktəbdə Azərbaycan xalqının igid övladı Əhmədiyyə Cəbrayılov haqqında açıq dərs keçirilib

Kiyev, 3 mart, AZƏRTAC

Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbdə Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında açıq dərs keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin üçüncü katibi Təranə Sadıqova, soydaşımız, hərbçi Vidadi İsrafilov ölkəmizin İkinci Dünya müharibəsində qələbəyə verdiyi töhfələr, Bakı neftinin qələbədə rolu, xalqımızın qəhrəman oğullarının fədakarlığı haqqında geniş məlumat veriblər. Şagirdlər Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolu haqqında məlumatlandırılıb.

Eyni zamanda Əhmədiyyə Cəbrayılov haqqında sənədli film nümayiş etdirilib. Filmdən sonra iştirakçılarla viktorina keçirilib və ən çox düzgün cavab verən şagirdlərə hədiyyələr təqdim edilib.

Sonda məktəbin direktoru Valentina Antonenko səfirliyə təşəkkür edib və ukraynalı gənclərə vətənpərvərlik hissinin aşılanması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.