ELM VƏ TƏHSİL


“İsa Cavadoğlu yaradıcılığı ədəbi proseslərdə” kitabı nəşr olunub

Bakı, 20 fevral, AZƏRTAC

Tanınmış ədəbi tənqidçi və jurnalist Mahmud Əyyublunun “İsa Cavadoğlu yaradıcılığı ədəbi proseslərdə” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

AZƏRTAC xəbər verir ki, kitabda müəllifin tanınmış el şairi İsa Cavadoğlu haqqında hissə-hissə yazıb dövri mətbuatda çap etdirdiyi elmi-publisistik məqalələri toplanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan əsərin elmi redaktorları filologiya üzrə elmlər doktorları, professorlar Buludxan Xəlilov və Məhərrəm Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, elmi məsləhətçiləri isə filologiya üzrə elmlər doktorları, professorlar Nizami Xəlilov və Nəsir Əhmədlidir.

Kitabda tanınmış şair İsa Cavadoğlu (İsa İsayev) yaradıcılığı ilk dəfə geniş şəkildə araşdırılır, həyatı, dövrü, satiralarının təhlili və fəlsəfi düşüncələri təqdim olunur. Həmçinin şairin çap olunmayan şeirləri kitaba daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.