REGİONLAR


İsa Muğanna tarixi gerçəklərin obrazlı təcəssümünə çevrilmiş bir çox əsərlərin müəllifidir

Astara, 1 dekabr, Bağır Əliyev, AZƏRTAC

İsa Muğanna tarixi gerçəklərin obrazlı təcəssümünə çevrilmiş bir çox əsərlərin müəllifidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Astara şəhərindəki Heydər Əliyev Mərkəzində müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə İsa Muğannanın həyat və yaradıcılığına həsr olunmuş sənədli filmə baxıblar.

Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın Xalq yazıçısının 90 illik yubileyi ilə bağlı məruzəsi dinlənilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xalq yazıçısının 90 illik yubileyi ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da müxtəlif tədbirlər keçirilir.

Diqqətə çatdırılıb ki, İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə ədəbi prosesə istiqamət verən müxtəlif mövzularda əsərlər yaradıb və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirib. Xalq yazıçısının yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin bir nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.