CƏMİYYƏT


İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarına dair işçi və işəgötürənlərə məlumatlar verilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu il üçün Tədbirlər Planına əsasən Bərdə rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə bildirilib ki, tərkibi azı beş nəfərdən ibarət olan attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələbinə əməl edilməklə aparılmalı və həmin komissiya qərarı gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu əsasında qəbul etməlidir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edənlər məhkəməyə müraciət edə bilərlər.

İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları, həmçinin hansı kateqoriyalardan olan işçilərin attestasiyasının keçirilmədiyi və s. barədə ətraflı məlumatlar verilib. İştirakçıların müvafiq mövzuda sualları cavablandırılıb.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub, işəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirməyin vacibliyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.