İQTİSADİYYAT


İşə qəbul prosesini idarə etməyə imkan yaradan yerli startap

Bakı, 22 sentyabr, AZƏRTAC

Yerli startaplarımızdan olan “Hireengine” şirkətlərin işə qəbul prosesini idarə etmək üçün hazırlanmış bir tətbiqdir.

İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, iş axtaran tətbiq vasitəsilə birbaşa şirkətin veb-saytında olan vakansiyaya müraciət edə bilir və şirkət həmin müraciətləri öz admin paneli vasitəsilə idarə edir. İstifadəçilərə Azərbaycan dili daxil olmaqla bir neçə dil seçimi verən platforma müraciətlərin izlənməsi, müsahibələrin planlaşdırılması kimi bir çox faydalı, işə qəbul prosesini asan və rahat edən xüsusiyyətlərə malikdir. İşəgötürən müraciət formalarını rahatlıqla müqayisə edir, hər bir namizədin işə qəbul prosesinin mərhələ və statusunu izləyə bilir. Bundan əlavə olaraq sürətli filterlər, platformanın vizual görünüşü üçün interfeys seçimi, vakansiyaların sosial şəbəkələrə birbaşa paylaşım edilə bilməsi kimi imkanlar təqdim etməsi tətbiqdən istifadəni daha da asan edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.