ELM VƏ TƏHSİL


İşə yeni qəbul olunmuş müəllimlərlə adaptasiya proqramı davam edir

Bakı, 22 sentyabr, AZƏRTAC

Yeni tədris ilində işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, adaptasiya proqramının məqsədi işə yeni qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Adaptasiya proqramı çərçivəsində Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən “Yaxşı müəllim necə olmalıdır”, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Sənan Mənsimli tərəfindən “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, təlimçi Qoşqar Məhərrəmli tərəfindən “İlk dərs gününə hazırlıq”, “Valideynlərlə əməkdaşlıq üsulları” mövzusunda vebinarlar keçirilib.

Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram cari ilin dekabr ayınadək davam edəcək.

Adaptasiya proqramında iştirak etmək üçün nazirliyin saytında yerləşdirilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.