ELM VƏ TƏHSİL


“İşğal. Şərq cəbhəsi 1941-ci ilin yay-payızı” kitab-albomu çapdan çıxıb

Bakı, 17 aprel, AZƏRTAC

İkinci Dünya müharibəsində azərbaycanlıların iştirakını araşdıran, bu mövzuya dair bir sıra kitabların müəllifi olan tədqiqatçı Azad Hüseynov bu dəfə kitab-albom hazırlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildirilib ki, “İşğal. Şərq cəbhəsi 1941-ci ilin yay-payızı” adlı kitab-alboma müəllifin kolleksiyasından alman zabit və əsgərlərinin fotoşəkilləri daxil edilib. 350-dən çox fotoşəkilin yer aldığı nəşr müharibənin ilk aylarında cəbhədə baş verənlər haqqında aydın təsəvvür yaradan dəyərli tarixi mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.