DÜNYA
İşğalçı Ermənistan ordusunda cinayət hadisələrinin sayı artır
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən ordusunun hərbi hissələrində qarşılıqlı münasibətlərin pozulması zəminində daha bir neçə cinayət hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Hadrut yaşayış məntəqəsində yerləşən işğalçı ordunun bölmələrinin birində baş verən dava nəticəsində hərbi qulluqçu Mxitar Barseğyanın ayağı sınıb. Xocəvənd rayonu ərazisindəki hərbi hissədə isə əsgər yoldaşını döyən Slavik Xudoyan tabor komandiri tərəfindən həbs edilib.
İşğal olunmuş ərazilərimizdəki Ermənistan ordusunun digər hərbi hissəsində isə nizamnamədən kənar münasibətlər zəminində daha iki cinayət hadisəsi qeydə alınıb. Nəticədə xəsarət alanlar var. Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan ilə Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.
Başqa bir hadisə zamanı Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.
Baş verən cinayət hadisələri valideynlərdən və hüquq mühafizə orqanlarından gizlədilir.