Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İşğalçı Ermənistanın əməlləri beynəlxalq hüquq normalarının pozulmasından ibarətdir

İşğalçı Ermənistanın əməlləri beynəlxalq hüquq normalarının pozulmasından ibarətdir

Bakı, 17 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev son günlərdə Türkiyənin “Haber Global”, “Haber Türk”, NTV televiziya kanallarına, eyni zamanda, Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasını, humanitar atəşkəsdən yararlanaraq Azərbaycana yeni hücumlar təşkil etdiyini əsaslı şəkildə diqqətə çatdıraraq dünyanı işğalçının faşist, antiinsani, təcavüzkar siyasətinə müşahidəçi qalmamağa çağırıb. Reallıq budur ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin keçirilmiş görüşünün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq dinc əhalini bilərəkdən hədəfə alır, uzun illərdən bəri havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı törətdiyi soyqırımı aktlarına sadiqliyini təsdiqləyir. Əhalinin sıx yaşadığı və təmas xəttindən xeyli aralıda yerləşən Gəncənin, sənaye şəhəri olan Mingəçevirin, bu şəhərdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının, Mingəçevir Su Elektrik Stansiyasının Ermənistan ərazisindən “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə tutulması humanitar atəşkəsin terrorla əvəzlənməsidir. Bu cinayət əməllərinə dünya birliyinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin adekvat tədbirlər görməməsi Azərbaycan dövlətinin, xalqının haqlı narazılığına səbəb olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin 15 gün ərzində Ermənistan hakimiyyətinin “qüdrətli Ermənistan ordusu” barədə illüziyalarını darmadağın etdiyini vurğulayan M.Həsənov deyib: “Silahlı Qüvvələrimiz Cəbrayılda, Ağdamda, Füzulidə, Tərtərdə uğurlu hərbi əməliyyatlar apararaq xeyli sayda yaşayış məntəqələrimizi, strateji əhəmiyyətə malik Hadrutu və bir neçə yüksəkliyi azad edib. Dövlətimizin başçısı İlham Əliyevin oktyabrın 14-də özünün rəsmi “Twitter” səhifəsində qüdrətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndinin, oktyabrın 15-də Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərinin işğaldan azad edilməsi xəbərini paylaşması qələbə sevincimizin davamlılığını təsdiq etməklə yanaşı, işğal altında olan bütün torpaqlarımıza Azərbaycan bayrağının sancılacağına əminliyi artırır”.

“Otuz ilə yaxındır ki, qərar və qətnamələrin kağız üzərində qalması, beynəlxalq hüququn pozulması, Azərbaycanın haqq işinə biganəlik xalqımızın və onun qətiyyətli Prezidentinin səbir kasasını doldurdu”, - deyən M.Həsənov qeyd edib ki, Azərbaycan əsgəri öz torpağımızda döyüşür, haqq mübarizəsi aparır, ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərir. Dünya bir daha şahidi olur ki, cinayətkar öz adı ilə çağırılmayanda, cəzasız qalanda danışıqlar masası ətrafinda oturmaqdan yayınır, yeni ərazilər iddiası ilə yeni müharibələrə hazırlaşır, beynəlxalq hüquq normalarına məhəl qoymur. Ermənistanın baş naziri Nikol Paşinyan siyasi savadsızlığını heç bir beynəlxalq hüquq normalarını tanımamaqla bəyan edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsindəki paylaşımında dünya ictimaiyyətini bir daha Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb.

“Ermənistanın baş nazirindən fərqli olaraq Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq qətiyyətli mövqeyi, iradəsi, xalqa güvəni əsasında daim biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanın dünya birliyində nüfuzunu artırır”, - söyləyən deputat diqqəti Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyovun “Siz tarixdə necə qalmaq istərdiniz” sualına dövlətimizin başçısının verdiyi cavaba yönəldib: “Prezident İlham Əliyev bildirdi ki, amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Xalqın fikri bu və ya digər, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub”.

M.Həsənov onu da əlavə edib ki, bu gün işğal altında olan torpaqlarımızın azad edilməsi, diplomatik müstəvidə, döyüş meydanında qələbəmiz, Azərbaycanın haqq səsinin daha da ucalması məhz Prezident-xalq birliyinin, dövlətimizin başçısına inamın, etimadın təcəssümüdür. İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq gücündə deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb