İQTİSADİYYAT


İşğaldan azad edilən ərazilərdə 22 avtonəqliyyat müəssisəsi Ermənistan tərəfindən yararsız hala salınıb

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad olunan ərazilərində nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa olunması əsas prioritetlərdəndir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi vəhşiliklərin ən bariz nümunələrinə nəqliyyat infrastrukturu sektorunda da rast gəlinib. Otuz ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə DANX-ın apardığı təhlillər zamanı nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb. 22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala salınıb. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.