CƏMİYYƏT


İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası ilə bağlı dinləmələr keçiriləcək

Bakı, 27 yanvar, AZƏRTAC

Yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələri müzakirə olunacaq. Müxtəlif mövzularda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsindəki tədbirlərlə bağlı, habelə qeyri-hökumət təşkilatlarının iştirakı ilə bir sıra ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli yanvarın 27-də komitənin cari ilin yaz sessiyasında keçirilən ilk iclasında deyib.

F.İbrahimli bildirib ki, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması məsələləri də iş planına daxil edilib.

Qeyd olunub ki, ötən sessiya ərzində komitə üzvləri Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın anım tədbirlərində iştirak edib, şəhid ailələri və qazilərlə görüşüb, Zəfərimizin birinci ildönümü münasibətilə bölgələrdə keçirilən tədbirlərdə iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.