CƏMİYYƏT


İşğaldan azad edilmiş ərazilərdə sanitar poliqonların qurulması nəzərdə tutulub

Bakı, 7 oktyabr, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə Nazirlər Kabinetinin Sərəncamına əsasən sanitar poliqonların qurulması nəzərdə tutulub. Bununla əlaqədar Zəngilan, Laçın, Füzuli, Qubadlı və digər rayonlarda ərazilər seçilib. ANAMA tərəfindən həmin ərazilər minalardan təmizlənib. Hazırda prosesin layihələndirilməsi işi aparılır.

AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”ında deyib.

Onun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndində bərk məişət tullantılarının daşınması, zərərsizləşdirilməsi və yerləşdirilməsi prosesi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.