REGİONLAR


İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir

Tərtər, 3 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 10-dək keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyəti bərpa ediblər. Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.