SİYASƏT


İşğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etmək istəyən Ukrayna şirkətlərinin layihələri Azərbaycana təqdim edilib

Kiyev, 27 yanvar, AZƏRTAC

Ukrayna şirkətləri kənd təsərrüfatı, körpü tikintisi, infrastruktur, energetika və meliorasiya sahəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə birgə layihələrə ciddi maraq göstərirlər. Ukrayna şirkətlərinin layihələri baxılmaq üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə, eləcə də Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) təqdim edilib.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat verib.

Gennadi Çijikov bildirib ki, ötən ilin yayında Ukrayna Ticarət və Sənaye Palatası ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında dövlət-özəl sektor tərəfdaşlığının inkişafı üçün əsas platforma kimi Ukrayna-Azərbaycan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb. Hazırda İşgüzar Şuranın vəzifələrindən biri Ukrayna şirkətlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrə cəlb etməkdir.

“İki ölkə arasında ticarət dövriyyəsi əsasən neft, neft məhsulları, ərzaq məhsulları hesabına artır. Ancaq biz maraqlıyıq ki, birgə istehsal müəssisələri yaradılmaqla bu göstəricilər artsın. Bu istiqamətdə hər iki ölkənin sahibkarları tərəfindən istək var”, - deyə Gennadi Çijikov əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.