CƏMİYYƏT


İşğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzı və tarixi əhəmiyyəti var

Bakı, 18 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının komandanlığında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, öncə nümunəvi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tədbirdə çıxış edənlər Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək onlara xoş bayram arzularını çatdırıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında saxlanılan torpaqlarımızın düşmən tapdağından azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də xalqımızın milli qürurunun təntənəsidir.

Bildirilib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarının alovlanması qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqidir. Xalqımız bu Novruzu tamamilə fərqli şəkildə qeyd edir və işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzı və tarixi əhəmiyyəti vardır.

Tədbir konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.