İQTİSADİYYAT


İşğaldan azad olunan Kəlbəcər rayonunun “Azersky” peykindən əldə edilmiş təsviri

Bakı, 25 noyabr, AZƏRTAC

27 ildən sonra Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son qoyuldu.

AZƏRTAC xəbər verir ki, “Azərkosmos” ASC Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonra “Azersky” peyki ilə çəkilmiş təsvirini təqdim edib.

Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur.

İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunub. Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni barbarlığının ən son nümunəsidir.

Bu gündən etibarən Kəlbəcər azaddır! Biz qalib gəldik!

Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.