Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL

İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL

Bakı, 23 yanvar, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Ağdam da var. 1993-cü ildə işğal olunan və Qafqazın Xirosiması adlandırılan Ağdam rayonunda erməni vandalizmi hər addımda özünü göstərir. Burada bir dənə də olsun salamat yaşayış binası, istehsal sahəsi, yaxud infrastruktur obyekti qalmayıb. Bir vaxtlar kənd təsərrüfatının inkişaf etdiyi bu rayonda indi hər şey məhv olub. Bugünkü ekspert yazısında Ağdamın aqrar potensialına nəzər salmışıq.

AZƏRTAC kənd təsərrüfatı sahəsi üzrə ekspert Əbdülrəhim Dadaşovun Ağdamın aqrar potensialı barədə yazısını təqdim edir.

İyirmi yeddi il işğal altında qalan Ağdam rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində Ağdamın sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib.

İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ölkə ərazisinin 1,3 faizini əhatə edən və sahəsi 1150 kvadratkilometr olan rayonun relyefi əsasən düzənliklərdən, qismən dağlıq ərazilərdən ibarətdir. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ərazi baxımından Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti isə kənd təsərrüfatı olmuşdur.

Ağdam rayonunun iqlimi qışda quru keçir, mülayim-isti iqlim tipi hakimdir. Bu iqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayının isə mülayim-isti keçməsi ilə səciyyələnir. Rayonun mövcud torpaq örtüyündə əsasən çimli dağ-çəmən, bozqır dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, dağ-qara, bozqəhvəyi, dağ-şabalıdı, boz, şabalıdı, çəmən-meşə torpaq tipləri yayılıb. Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonundadır. Rayonun ərazisi əsasən Qarqar, Gülyataq, Xaçın, Qabartı çayları ilə suvarılır. Bu rayonun kənd təsərrüfatı torpaqları, həmçinin Xaçın çayı üzərində yerləşən Dərbənd su anbarı və Tərtərçay üzərində yerləşən Sərsəng su anbarı hesabına da suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad olunmuş ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Suqovuşan, Xudafərin və Sərsəng su anbarları, Ağdam kənd, Vəlvələçay kimi su resurslarının Ağdamın əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi rayonun kənd təsərrüfatının inkişafına töhfəsi çox yüksək olacaq.

Yayı isti, qışı quraq keçən Ağdam rayonunda örüş-otlaq və biçənək sahələri genişdir (18.4 min ha) və əhalinin maldarlıq sahəsində olan təsərrüfatçılıq ənənələri saxlanılmışdı. Rayon düzən ərazisinə və əlverişli təbii-iqlim şəraitinin mövcud olmasına görə bitkiçilik sektoru ağırlıqlı kənd təsərrüfatına malik olsa da, heyvandarlıq sektoru ilə bağlı aqrar potensialı da heç də az deyildi. Qeyd edək ki, burada mövcud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 0,8 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm 1 illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər.

İşğal altında qalan və işğaldan azad olunmuş Ağdamda sovetlər dönəmində əkinçiliyin əsas sahələri olan pambıqçılıq, taxılçılıq, üzümçülük və tərəvəzçilik inkişaf etdirilmişdi. Rayon ərazisində taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini geniş sahə tutmuşdu.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Ağdam rayonunda 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (49.5%) və pambıq sahələrinin (48.9%) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Bu bitkilərlə yanaşı, 1985-ci ildə Ağdam rayonunda çoxillik əkmələr üzrə üzüm bağlarının 21,3 min hektar, yəni maksimum sahədə üzümlüklərin mövcud olması və bu üzümlüklərin ölkədəki payının 8,0 faizlik bir hissəsini təşkil etməsi üzümçülüyün bu rayonda prioritet sahə olduğunu göstərməkdədir. Üzümçülüklə yanaşı, 80-ci illərdə 306 hektar meyvə və giləmeyvəliklərin mövcudluğu rayonun çoxillik bitki əkinçiliyi ənənəsinə malik olduğunu büruzə vermişdir. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə Ağdam rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 1,4 faizini, eləcə də rayonda mövcud olan pambıq sahələri isə ölkədəki sahənin 2,5 faizini təşkil etmişdi.

Qrafik 1.

1988-ci il üzrə Ağdam rayonunda bitkiçilik məhsullarının əkin strukturu, %

Mənbə: Dövlət Statistika Komitəsi.

Ağdamın işğala məruz qalmamış hissəsində 2019-cu ilin əkin sahələrinin strukturuna nəzər saldıqda da taxıl (65.5%) və pambıq sahələri (11.8%) azalmış olsa da daha geniş sahələri əhatə etdiyi görünür. Bununla belə, tərəvəz (20.4%), o cümlədən kartof (1.7%) və soğan (3.7 min ha) bitkilərinin də xüsusi çəkiləri nəzərə çarpan dərəcədə fərqlənməkdədir. Ağdamın işğala məruz qalmamış hissəsində üzümlük sahələri demək olar ki, yoxdur. Lakin, meyvə və giləmeyvəliklərin sahəsi 764.8 hektar olub. İllər keçdikcə əkin strukturunda pambıq sahələrinin çoxillik əkmələr və tərəvəz sahələri ilə əvəzləndiyi müşahidə edilir.

2019-cu ildə isə rayonda mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 1,6 faizini, eləcə də pambıq sahələri isə ölkədəki sahənin 2,9 faizini təşkil edib.

Qrafik 2.

2019-cu il üzrə Ağdamın işğala məruz qalmamış hissəsində
bitkiçilik məhsullarının əkin strukturu, %

Mənbə: Dövlət Statistika Komitəsi.

1. Taxıl istehsalı potensialı. Əldə edilən rəsmi statistik məlumatlara əsasən 1980-ci ildə 6,3 min hektar sahədə taxıl əkilib və biçilmiş taxıl sahələrindən 28,3 min ton məhsul əldə edilib, 1985-ci ildə müvafiq olaraq sahə 7,3 min hektar və biçilmiş taxıl 29,8 min ton olub. 1988-ci ildə isə 7,7 min hektar taxıl sahəsindən 30,1 min ton taxıl biçilib. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) taxıl istehsalında 6,4 faizədək artım müşahidə olunub. Taxıl üzrə orta məhsuldarlıq 39,8 sent/ha təşkil edib, maksimum məhsuldarlıq isə 44,6 sent/ha olub ki, bu da həmin illərdə ölkə üzrə məhsuldarlıq göstəricilərindən 1,9 dəfəyədək yüksək olduğunu göstərir. Həmçinin taxılın keçmiş məhsuldarlıq göstəricisi 2019-cu il üzrə müqayisədə isə 15,8 faiz daha çox olub. 1980-1988-ci illərdə Ağdam rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 2,5 faizini təşkil edib. 2019-cu ildə işğala məruz qalmayan Ağdam ərazisindəki müvafiq istehsalın xüsusi çəkisi isə 1,6 faizdir (55,7 min tondur). Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən daha yüksək olması, taxıl istehsalında Ağdam rayonunun potensial imkanlara malik olduğunu göstərir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək olar. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması gözlənilir.

2. Pambıq istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, pambıqçılıq sahəsi rayon əhalisi tərəfindən tarixən də ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsi olub. 1980-ci ildə 9060 hektar sahədən 43774 ton, 1985-ci ildə 4017 hektar sahədən 12254 ton, 1988-ci ildə isə 7565 hektar sahədən 19297 ton məhsul istehsal edilmişdi. Aparılmış təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) pambığın məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 35,4 sent/ha olduğu halda, Ağdam rayonunda bu bitkinin məhsuldarlığı 48,3 sent/ha çatıb. 1980-1988-ci illərdə Ağdam rayonunda pambıq istehsalı ölkə üzrə istehsalın təxminən 3,0 faizini təşkil edib. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən 23,8 faiz çox olması pambıq istehsalında Ağdam rayonunun daha artıq məhsul istehsal etmə imkanlarının mövcud olduğunu göstərir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə Ağdamın işğala məruz qalmamış kəndlərində 2,6 min hektar tarladan 28,1 sent/ha məhsuldarlıqla 7,3 min ton pambıq becərilib. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Ağdam rayonunda pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına 31,4 sent/ha məhsuldarlıqla istehsalın 10 min tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə pambıq istehsalının təxminən 2,5 faizinin məhz Ağdam rayonu hesabına formalaşacağı deməkdir.

3. Tərəvəz istehsalı potensialı. Ağdam rayonunda kənd təsərrüfatı istehsalı üçün potensial olan digər bitkiçilik sahəsi tərəvəzçilikdir. Tarixi keçmişə nəzər saldıqda, 1980-ci ildə 417 hektar sahədən 976 ton bostan məhsulu istehsal edilmişdi, ümumiyyətlə 1980-1988-ci illər ərzində bu sahələrdən maksimum 1556 ton məhsul yığılmışdı. Cari dövrün Ağdam rayonu üzrə mövcud statistik məlumatlarına nəzər saldıqda isə 2019-cu ildə 4,5 min hektar sahədən 107,5 min ton tərəvəz əldə edilib. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) tərəvəz məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 223,0 sent/ha olduğu halda Ağdam rayonunda bu bitkinin məhsuldarlığı 94,4 sent/ha həddini keçməyib, lakin 2019-cu ildə bu məhsuldarlıq 235,0 sent/ha təşkil edir. 1980-1988-ci illər ərzində Ağdam rayonunda tərəvəz istehsalı ölkə üzrə istehsalın 0,2 faizini təşkil etdiyi halda, 2019-cu ildə 6,3 faizdir. Son illər ərzində Ağdamın işğala məruz qalmamış hissəsində tərəvəz əkinlərinin, xüsusilə soğan və sarımsaq istehsalına olan marağın iqtisadi göstəricilərdə də əksini tapması, bu trendin digər azad edilmiş sahələrə də şamil ediləcəyini deməyə əsas verir. İnnovativ tədbirlər nəticəsində rayonda digər bitki növləri ilə yanaşı, tərəvəz bitkilərinin əkin sahəsinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə edilməsi hesabına istehsalın həcminin artımı ilə 2025-ci ildə 231.5 min tona yaxın tərəvəz istehsalı proqnozlaşdırılır.

4. Üzüm istehsalı potensialı. Üzüm bitkisi digər Qarabağ rayonlarında olduğu kimi, Ağdam rayonunda da ənənəvi təsərrüfat sahələrindən biri sayılır. Tədqiqatlar göstərir ki, 1985-ci ildə 21,3 min hektar sahədən 104,0 min ton üzüm istehsal edilmişdi, lakin sonrakı illər ərzində üzüm sahələri azaldılaraq 1988-ci ildə 15,5 min hektar olmuşdu. 1988-ci ildə isə üzümlüklərdən 86,1 min ton məhsul əldə edilmişdi. 2019-cu ildə isə Ağdamın üzüm istehsalı cəmi 402 ton olub ki, bu da üzümlük sahələrinin qalmadığını, böyük sahələrin işğal altında qalmış olduğunu, digər ərazidəki üzümlüklərin isə tərəvəz və s. digər sahələrlə əvəzləndiyini göstərir. Göründüyü kimi, keçmiş illər ərzində Ağdam rayonunda üzümçülük sahəsinin ən məhsuldar dövrü elə 1985-ci ilə təsadüf edir. Təhlildən aydın olur ki, işğaldan öncəki dövrdə (1980-1988) üzüm bağlarının məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 95,3 sent/ha olduğu halda, Ağdam rayonunda bu bitkinin məhsuldarlığı 68,4 sent/ha olub. 1980-1988-ci illər ərzində Ağdam rayonunda üzüm istehsalı ölkə üzrə istehsalın təqribən 7,2 faizini təşkil edib. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsinin 89,6 faizini təşkil etməsi üzüm istehsalında Ağdam rayonunun təsərrüfatçılıq ənənələrinin həmin dövrlərdə mövcud olduğunu göstərir. Yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş yeni tədbirlər planı çərçivəsində digər bitki növləri ilə yanaşı, üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlığın səviyyəsi hesabına ölkənin üzümə olan tələbat səviyyəsinin tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun canlanmasının bilavasitə əsas amili olacaq. Belə ki, 2025-ci ildə üzüm istehsalında Ağdam rayonunun ölkədəki payının 1,8 faiz təşkil edərək 3,8 min ton civarında üzüm istehsal edilməsi proqnozlaşdırılır.

5. Digər növ bitkilərin istehsalı potensialı. Ağdam rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcud olması bu regionda meyvə və tərəvəz istehsalının da istehsal potensialı vəd etdiyini söyləmək mümkündür. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada nar və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Belə ki, regionlarda aqrar perspektiv nəzərə alınarsa, ölkədə tətbiq edilən aqrar innovasiyalardan istifadə edilməsi ilə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması və bostan bitkilərinin yetişdirilməsinə başlanıldığı təqdirdə ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına böyük töhfəsi olacaqdır. Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün sahələrin salınması tədbirlər planı çərçivəsində nəzərə alınacaqdır.

Ümumilikdə, 1980-1988-ci illərin təcrübəsi, ölkədə son illər ərzində aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərinin təhlilindən əldə edilən nəticələr, 2025-ci ilə qədər Ağdam rayonunda 35,7 min hektarlıq əkin və bağ sahələrindən 373,2 min ton bitkiçilik məhsulu istehsalı imkanları vardır ki, bu da ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 3,8 faizini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Ağdam rayonunun yaratdığı əlavə məhsulun dəyərinin 214,7 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 4,9 faiz olması gözlənilir.

Ağdam rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 1. 

2025-ci ildə Ağdam rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

Bitkiçilik məhsulları                                

Rayon üzrə əkin sahəsi proqnozu, ha

Rayon üzrə məhsuldarlıq proqnoz, sent/ha

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

Taxıl                              

18629

46.5

86627

2.1

Pambıq                                             

3137

31.4

9850

2.5

Kartof                                                       

558

170.0

9482

0.7

Tərəvəz                                         

9258

250.0

231455

12.6

Bostan bitkiləri

570

220.0

12537

2.2

Meyvə və giləmeyvə

3000

65.1

19530

1.6

Üzüm

500

75.2

3760

1.8

Cəm

35652

+

373242

3.8

Mənbə: Dövlət Statistika Komitəsi.

Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə almaq lazımdır ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə edilib. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar ölkənin kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən, Ağdam rayonu üzrə 1980-ci ildə 34328 baş iribuynuzlu mal-qara vardı. Bu rəqəm 1985-ci ildə 42530-a yüksəlmiş və 1988-ci ildə isə 44386 baş olmuşdur. Xırdabuynuzlu mal-qara isə 1980-ci ildə 146770, 1985-ci ildə 162245, 1988-ci ildə 191759 baş olmuşdur. 2019-cu ildə isə Ağdamda 42297 baş iribuynuzlu və 104768 baş xırdabuynuzlu mal-qara vardı. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 2741, 3537 və 3817 ton olub. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı 1988-ci ildə 24,4 min tona bərabər idi. Yumurta istehsalı isə qeyd edilən 3 ilə uyğun olaraq 12,6 milyon, 17,4 milyon və 19,2 milyon ədəd olub. 2019-cu ildə isə rayonda müvafiq olaraq 2563 ton kəsilmiş ət, 37,9 min ton süd, 15,0 milyon ədəd yumurta və 204 ton yun istehsal edilib. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövrdə Ağdam rayonunda heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf edib.

Qrafik 3.

İşğaldan öncə Ağdam rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi.

Ağdam rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 2.

2025-ci ildə Ağdam rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

Heyvandarlıq sahəsi                               

Ölkə üzrə istehsal proqnozu

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

Ət (diri)

668224

1270

0.2

Süd                            

2431880

47159

10.8

Yumurta, min ədəd                                        

2104081

907702

1.8

Yun

19975

64

2.5

Barama, ton                          

1679

400

23.8

Cəm

3246324

267962

8.3

Mənbə: Dövlət Statistika Komitəsi.

2025-ci ilə qədər Ağdam rayonunda 64,7 min baş iribuynuzlu (inək və camışlar) və 30,6 min baş xırdabuynuzlu (qoyun və keçilər) heyvandarlığın bərpa edilməsi ölkədə bu sahənin inkişafına və sürü dövriyyəsinin təqribən 5,2 faiz artımına səbəb olacaq. Bununla yanaşı, quşların sayının 1,1 milyon başa qədər, arı ailələrinin sayının isə 4,6 min ədəd olması gözlənilir. Bu sahələrdə rayonun ölkə istehsalındakı payı müvafiq olaraq ət istehsalında 0,2 faiz və yun istehsalında isə təqribən 2,5 faiz olacaq. Süd və yumurta istehsalında isə müvafiq olaraq 10,8 faiz və 1,8 faiz təşkil edəcək.

Burada, barama istehsalının keçmişdən qalan ənənəsi onu göstərir ki, təxminən 400 ton barama istehsalı potensialı da nəzərə alınmalıdır. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Ağdamın payı 270 min tona yaxın və yaxud 8,3 faiz olacağı ehtimal edilir. Rayon üzrə 200 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir ki, bu da ölkə üzrə müvafiq istehsal miqyasında 4,7 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.

Aqrar istehsal potensialı ilə yanaşı, Ağdam rayonunda taxılın emalı, südün emalı, gön-dərinin emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu region üçün trend hesab edilən tərəvəzçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafının iqtisadiyyata töhfəsinin sovet dövründəki potensialdan daha artıq olduğu müşahidə edilir.

Ümumilikdə, Ağdam rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcədə heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 641 milyon manat, başqa sözlə 4,5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss ediləcək.

1985-ci ildən 35 il kimi çox uzun bir vaxt keçib. Bir qərinə ərzində kənd təsərrüfatının bütün sahələrində Azərbaycan Respublikası ciddi inkişaf əldə edib. Şübhəsiz ki, ermənilər tərəfindən işğal edilməsəydi, Ağdam rayonunun 77 faizlik hissəsi də bu inkişafdan kənarda qalmayacaqdı. Eyni zamanda, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər rayonun potensial imkanlarının daha böyük olduğunu deməyə əsas verir.

Peyk görüntülərindən də Ağdamın 27 il işğal altında qalan torpaqları ilə işğala məruz qalmamış əraziləri arasında olan fərq aydın görünür. Necə ki, işğalda qalan Ağdam ərazisi digər hissə ilə müqayisədə inkişafdan çox uzaq, “ruhlar şəhəri” adlandırılaraq illərlə anılmışdır. Heç şübhəsiz ki, bu, ermənilərin düşünülmüş və qərəzli, faşist və separatçı siyasətinin bariz nümunəsidir. Lakin artıq Ağdam azaddır, tamdır və bütövdür... Ağdam öz potensialı ilə yüksək inkişaf vəd etməkdədir.

Böyük torpaq sahəsinə malik olan Ağdamın kənd təsərrüfatı üzrə istehsal göstəricilərinin təqdim edilməsindən görünür ki, keçən 30 il ərzində Qarabağın işğal altında qalması ölkə üçün nə qədər böyük ziyana səbəb olub. Ümid edirik ki, ən qısa zamanda insanlar öz ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşayıb yaradacaqlar. Ağdam rayonunun əsas ixtisaslaşdığı sahələr olan taxılçılıq, tərəvəzçilik və üzümçülüyün yenidən bərpa edilməsi isə ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə vermiş olacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş digər rayonlarımızın aqrar potensialı və perspektivlər barədə aşağıdakı linklərdən tanış olmaq olar.

Qubadlı: https://azertag.az/xeber/1691043

Cəbrayıl: https://azertag.az/xeber/1641437

Zəngilan: https://azertag.az/xeber/1633639 .

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb