Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İşğaldan azad olunmuş Cəbrayılın aqrar potensialı - TƏHLİL

İşğaldan azad olunmuş Cəbrayılın aqrar potensialı - TƏHLİL

Bakı, 13 noyabr, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Düşmən tapdağından azad edilən rayonlarımız arasında Cəbrayıl da var. 1993-cü ilin avqustundan işğal altında olan Cəbrayılda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. İşğal nəticəsində Cəbrayılın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb.

AZƏRTAC kənd təsərrüfatı sahəsi üzrə ekspert Ramil Alıyevin Cəbrayılın aqrar potensialı barədə qeydlərini təqdim edir.

Cəbrayıl rayonu Qarabağın, Kiçik Qafqaz dağlarının cənub-şərqində, İran ilə sərhəddə yerləşir. Ərazisi 1050 kvadratkilometr olan rayonda əsasən dağ şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılıb. Rayonun torpaqları bolsululuğu ilə bilinən əsas Araz, İncəçay və Çaylaqçay çayları ilə suvarılır. Cəbrayıl rayonu ərazisində inşa edilmiş Xudafərin su anbarı vasitəsilə 7500 hektar ərazinin suvarılması mümkündür.

Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyət isə kənd təsərrüfatı olmuşdur. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm birillik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər və əsasən də tütün və üzüm əkilirdi. Yayı isti, qışı mülayim olan rayonda otlaq sahələrinin geniş olmasına görə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlıq inkişaf etdirilmişdi.

Rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 19314 baş olan iribuynuzlu heyvanların sayı, 1985-ci ildə 22905-ə yüksəlmiş və 1988-ci ildə isə 26364 olmuşdur. Xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 89831 baş, o cümlədən 81825 baş qoyun, 8006 baş keçi, 1988-ci ildə isə 114202 baş, o cümlədən 104958 baş qoyun, 9244 baş keçi olmuşdur. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 2766, 3309, 4024 ton və kəsilmiş çəkidə isə uyğun olaraq 1631, 1904, 2271 ton təşkil etmişdir. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı illər üzrə 8708, 10615 və 14025 ton olmuşdur. Yun istehsalı 1980-ci ildə 156 ton və 1985-ci ildə 173 ton təşkil etmişdir. Yumurta istehsalı isə qeyd edilən üç ilə uyğun olaraq 7866, 10997 və 11415 min ədəd olmuşdur. Statistik məlumatlara əsasən deyə bilərik ki, heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

Bitkiçilik üzrə rəsmi statistik məlumatlara əsasən, taxıl istehsalında 1980-ci ildə payızlıq və yazlıq buğda 6468 hektar sahədə əkilmiş və 5543 ton məhsul əldə edilmişdir. 1985-ci ildə sahə 5424 hektar, yığılmış məhsul isə 9635 ton olmuşdur. 1988-ci ildə isə 5699 hektar sahədən 12176 ton buğda istehsal edilmişdir. 1980-ci ildə 2601 hektardan 2041 ton, 1985-ci ildə 2659 hektardan 6185 ton, 1988-ci ildə isə 3184 hektar sahədən 7907 ton payızlıq və yazlıq arpa götürülmüşdür. Dənli və dənli paxlalılar isə 1980-ci ildə 9383 hektar sahədə əkilmiş və 9403 ton məhsul toplanmışdır. 1985-ci ildə 8176 hektar sahədən 15837 ton, 1988-ci ildə isə 8995 hektardan 20143 ton məhsul istehsal edilmişdir.

Üzümçülük rayonda inkişaf etmiş sahələrdən biri olur. 1980-ci ildə 6419 hektar sahədən 6334 ton, 1985-ci ildə 8438 hektar sahədən 45982 ton, 1988-ci ildə isə 6570 hektar sahədən 41995 ton məhsul yığılmışdır.

1988-ci ilin statistik məlumatlarına əsasən, cəmi əkin sahəsi 24877 hektar olan rayonda 77639 ton fərqli məhsul istehsal edilmişdir. Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə alsaq ki, müasir dövrdə ölkəmizdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunub, istər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar ölkənin, o cümlədən Qarabağın, Cəbrayılın kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.

Aşağıdakı cədvəldə ölkə üzrə kənd təsərrüfatının müxtəlif sahələrində 2019-cu ildə olan istehsal və Cəbrayıl rayonunun həmin məhsullar üzrə potensial istehsal imkanları və ölkə üzrə həmin istehsalın artırılmasındakı payı (faizlə) göstərilib. Cədvəl Cəbrayıl rayonunda kənd təsərrüfatı fəaliyyətinin bərpa edilməsindən sonra bu sahə üzrə ölkəmizə verəcəyi faydanı əks etdirir.

Adı

Ölkə üzrə cəmi  (2019)

Cəbrayıl rayon üzrə  (1985)

Cəbrayıl rayonunda kənd təsərrüfatı fəaliyyətinin bərpasından sonra ölkə üzrə göstəricilərdə artım, %-lə

1

Əkin sahəsi (ha)

1717054

24877

1.45

2

İribuynuzlu heyvan sayı (baş)

2646629

22905

0.87

3

Xırdabuynuzlu heyvan sayı (baş)

8189223

99321

1.21

4

Diri çəkidə ət istehsalı (ton)

573300

3309

0.58

5

Kəsilmiş çəkidə ət istehsalı (ton)

335719

1904

0.57

6

Süd istehsalı (ton)

2150817

10615

0.49

7

Yumurta istehsalı (ədəd)

1827072

10997

0.60

8

Yun istehsalı (ton)

16095

173

1.07

9

Buğda (ton)

2171490

9635

0.44

10

Arpa (ton)

1015539

6185

0.61

11

Dənli və dənli paxlalılar (ton)

3538489

15837

0.45

12

Üzüm (ton)

201842.4

45982

22.8

Ölkə üzrə əkilən torpaqların cəmi 1,45 faizinə sahib olan rayonun işçi qüvvəsi və iqlim resurslarından çox məhsuldar şəkildə istifadə edildiyi yuxarıdakı cədvəldən aydın görünür. Əsasən üzüm istehsalı üzrə ixtisaslaşan rayonda, üzüm istehsalının bərpasından sonra təqribən 23 faiz artım müşahidə ediləcək. Digər bitkilərdən arpa, buğda və dənli, dənli paxlalı bitkilərin əkinindən isə cəmi təqribən 1,5 faiz artım müşahidə olunacaq. İribuynuzlu heyvandarlıqda təqribən 1 faiz, xırdabuynuzlu heyvandarlıqda isə 1,2 faiz artım əldə ediləcək. Bu sahələrə müvafiq olaraq, diri və kəsilmiş çəkidə ət istehsalı 0,6 faiz, yun istehsalı isə təqribən 1 faiz artacaq. Süd və yumurta istehsalında müvafiq olaraq 0,5 və 0,6 faiz artım olacaq.

1985-ci ildən bəri 35 il kimi çox uzun bir vaxt keçib. Bir qərinə ərzində kənd təsərrüfatının bütün sahələrində Azərbaycan Respublikası ciddi inkişaf əldə edib. Şübhəsiz ki, ermənilər tərəfindən işğal edilməsəydi Cəbrayıl rayonu da bu inkişafdan kənarda qalmayacaqdı. Eyni zamanda, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər rayonun potensial imkanlarının daha böyük olduğunu deməyə əsas verir.

Böyük torpaq sahəsinə malik Cəbrayılın kənd təsərrüfatı üzrə istehsal göstəricilərinin təqdim edilməsindən aydın olur ki, ötən 30 ildə Qarabağın işğal altında olması ölkə üçün nə qədər böyük ziyana səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib