CƏMİYYƏT


İşğaldan azad olunmuş Kəlbəcər rayonunun səhiyyə statistikası açıqlanıb

Bakı, 26 noyabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.

TƏBİB-dən AZƏRTAC-a daxil olan məlumatda deyilir: “İşğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulator mərkəzi fəaliyyət göstərib. Həmçinin 9 aptek vətəndaşlara xidmət göstərib. Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.