MƏDƏNİYYƏT


İşğaldan azad olunmuş bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

Bakı, 18 fevral, AZƏRTA

Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də qoşulub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, mərkəz ilkin olaraq bu kampaniyanın təşkilini yüksək qiymətləndirərək 16 adda, 34 nüsxə kitabı “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na bağışlayıb.

Həmçinin AMEA-nın Folklor İnstitutu da bu təşəbbüsə qoşularaq 60 adda, 370 nüsxə kitabı, 100 nüsxə jurnalı, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov Azərbaycan incəsənətinə dair 201 nüsxə müxtəlif kitabı və jurnalları, yazıçı Əlisalam Bağırov müəllifi olduğu 7 adda, 430 nüsxə kitabı “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na hədiyyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.