İQTİSADİYYAT


İşğaldan azad olunmuş ərazilərdə bank xidmətləri ilə bağlı müzakirələr aparılıb

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bank xidmətləri infrastrukturu ilə əlaqədar istiqamətlər müzakirə edilib.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, qurumun rəyasət heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və assosiasiya arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, özünüməşğulluq proqramının icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə bank xidmətləri infrastrukturu ilə əlaqədar istiqamətlər və digər cari məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.