CƏMİYYƏT


İşğaldan azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə İctimai Şuranın üzvləri də cəlb olunacaq

Bakı, 22 yanvar, AZƏRTAC 

İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin, ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsi, bərpa planlarının dəqiqləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə işğaldan azad olunmuş ərazilərimizdə təbiətə qarşı ekoloji cinayətlərin həyata keçirilməsi, təbii sərvətlərə vurulmuş ziyanın hesablanması, mövcud yataqların istismar vəziyyətinin qiymətləndirilməsi və bərpası istiqamətində görüləcək işlərə şura üzvlərinin cəlb olunacağı vurğulanıb.

Qarabağ bölgəsinin zəngin və füsunkar təbiətinin yenidən bərpası məsələlərində şura üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.