MƏDƏNİYYƏT


İşğaldan azad olunmuş ərazilərdəki kitabxanalar üçün kitabtoplama kampaniyası davam edir

Bakı, 29 iyun, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu da qoşulub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın İqtisadiyyat İnstitutunun kitabxana müdiri Şəfəq İslamova kitabtoplama kampaniyasının dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edib və 396 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.