İQTİSADİYYAT


İşğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşu imkanlarına dair müzakirələr aparılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoyuluşu imkanları müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, ölkəmizdə səfərdə olan Türkiyənin “TÜMKİAD” İş adamları və Girişimçilər Dərnəyinin prezidenti Nihat Tanrıkulun rəhbərlik etdiyi nümayəndə heyəti agentlikdə olub.

KOBİA-nın idarə heyətinin sədrinin birinci müavini Natiq Həsənovla keçirilmiş görüşdə N.Tanrıkulu səfərin məqsədinin Azərbaycanla həmrəylik nümayiş etdirmək olduğunu vurğulayıb. O, “TÜMKİAD” iş adamları adından Qələbə münasibətilə ölkəmizi təbrik edib və Azərbaycana dəstək üçün “TÜMKİAD”ın bütün imkanlarını cəlb etməyə hazır olduqlarını deyib.

N.Həsənov ölkəmizlə həmrəyliyə və bu məqsədlə təşkil olunmuş səfərə görə nümayəndə heyətinə təşəkkürünü bildirib. O, Azərbaycanın biznes və investisiya imkanları, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin iqtisadi və investisiya potensialı barədə məlumat verib, birgə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə türkiyəli iş adamlarının cəlb olunması və investisiya qoyuluşu imkanları müzakirə edilib.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış “TÜMKİAD” Türkiyənin iş adamlarının birliyidir və sıralarında iqtisadiyyatın 27 sektoru üzrə 350-dən çox şirkəti birləşdirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.