İQTİSADİYYAT


İşğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi müzakirə olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) baş katibi Şeyx Yusif Həsən Xələfi ilə görüş keçirilib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri vəzifəsini icra edən Yusif Abullayev Fondun fəaliyyət istiqaməti, xarici investisiyaların təşviqi məqsədilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb, ICCIA-ya üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Şeyx Yusif Həsən Xələfi ICCIA haqqında məlumat verib, rəhbərlik etdiyi qurumun AZPROMO ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.

Sonda üzv ölkələrlə iqtisadi əlaqələrin, qarşılıqlı ticarətin inkişafı, həmçinin işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.