REGİONLAR


İşğaldan azad olunmuş rayonlarımızda indiyədək 1500-ə yaxın abidənin monitorinqi başa çatdırılıb

Bakı, 22 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş rayonlarımızda mütəxəssislərimiz tərəfindən invertarlaşdırma və mühafizə məqsədilə monitorinqlər aparılıb. Bu günədək 1500-ə yaxın abidənin monitorinqi başa çatdırılıb. Bu istiqamətdə fəaliyyətimiz davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda jurnalistlərə müsahibəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib.

O qeyd edib ki, abidələrin əksəriyyəti dağıdılıb, yalnız qalıqları qalıb: “Hətta kilsələr üzərində belə vandalizm aktları var, abidələrin bir çoxunun erməniləşdirilməsi, özününküləşdirilməsi halları da qeydə alınıb”.

Azad Cəfərli bildirib ki, monitorinqin nəticələrinə uyğun olaraq növbəti strateji bərpa prosesi dəqiqləşdirilir və bu işdə aidiyyəti dövlət orqanları ilə sıx əlaqələr qurulub. “Artıq Şuşa şəhəri üzrə inventarlaşdırma tam başa çatdırılıb. Həmin abidələrin elektron xəritəsi də mövcuddur. Bu xəritə “Google earth” proqramı əsasında qurulub. Tezliklə onun da təqdimatı keçiriləcək. Gələcəkdə isə bu proqramın ictimaiyyətə açıq versiyasının olmasını da hazırlamağı düşünürük”, - deyə o əlavə edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun işğaldan azad olunmuş rayonlarımıza səfərinə də toxunan Dövlət Xidmətinin rəisi diqqətə çatdırıb ki, bu səfər Azərbaycan həqiqətlərini, eləcə də erməni vandalizmini, dağıntıları, mənimsəmə faktlarını dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq baxımından xüsusi önəm daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.